Nazir AFN-in yazdıqlarını təsdiqlədi: "Hazırda bəzi məktəblərdə şagird sıxlığı problemi var"




"Hazırda bəzi məktəblərdə şagird sıxlığı problemi mövcuddur".



Bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, bu sahədə ölkə üzrə göstəricilərə baxdıqda orta məktəblərdə şagird sayı qanunvericiliyə uyğundur: "Ancaq bir sıra məktəblərdə sıxlıq müşahidə olunur. Bu da daxili miqrasiya nəticəsində bəzi yaşayış məntəqələrində çoxlu sayda vətəndaşın yaşaması ilə bağlıdır. Bu məsələnin tənzimlənməsi üçün bəzi hallarda iki növbəli tədris təşkil olunur. Məsələnin həlli istiqamətində müvafiq addımlar atılacaq".(Report)

Qeyd edək ki, AFN bir neçə gün əvvəl Xırdalanda yerləşən 1 saylı orta məktəbdə bir sinifdıə 58 şagirdin olması ilə bağlı məlumat yaymışdı. Araşdırmalar zamanı həmin sinfin şagirdlərinin bölünərək azaldıldığı məlum olsa da, məktəb rəhbərliyi şagird sıxlığının hələ də davam etdiyini, hətta bəzi siniflərdə 40 şagirdin olduğunu bildirmişdi. Məsələ ilə bağlı danışan mütəxəssislər şagird sıxlığının təhsilin keyfiyyətinə mənfi təsir edən başlıca amil olduğunu bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu