Mark Zükerberqin dünyanı sarsıdan səs yazısı üzə çıxdı




"Facebook"un rəhbəri Mark Zükerberq ABŞ-da prezidentliyə namizədlərdən olan Elizabet Vorrenin ölkə rəhbəri seçiləcəyi təqdirdə şirkətin böyük problemlə üz-üzə qalacağını bildirib.



Qaynarinfo xəbər verir ki, M.Zükerberq həmin fikirləri səsləndirdiyi audio mediada yayımlanandan sonra açıqlama ilə çıxış edib. "Facebook" rəhbəri şirkət işçiləri ilə söhbətində "Elizabet Vorren fikirləşir ki, şirkətlərə müharibə elan etmək doğru yoldur. Əgər seçilsə, hüquqi mübarizəyə başlayacağıq və qalib gələcəyimizi düşünürəm. Bu vəziyyət bizim üçün yaxşı olmacayaq. Hökumətə qarşı iddia qaldırmaq istəmərəm, lakin kimsə sizin mövcudluğunuz üçün təhlükə yaratsa, müharibə qaçılmazdır", - deyə bildirmişdi. O, audionun ictimaiyyət arasında yayılmasına münasibət bildirib:

"Hər həftə "Facebook" işçiləri məndən layihələr və digər məsələlər barədə fikrimi soruşur. Həmin söhbətlərdən biri ictimai olmadığı təqdirdə paylaşılıb. İstəsəniz, sosial məsuliyyət, texnologiya şirkətini tərk etmək, "Libra", neyron kompüter interfeysləri, uzun müddətdə doğru qərarları verə bilmək və s. mövzularda işçilərə dediyim fikirlərimi senzurasız oxuya bilərsiniz".

Qeyd edək ki, Elizabet Vorren nəhəng şirkətlərin monopoliya yaradaraq bazarda nəzarəti əllərində saxladığını bildirir. Onun sözlərinə görə, məsələnin həlli və "antitrust" qanunlarının icrası üçün şirkətləri bölmək lazımdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu