Taleh Yüzbəyovdan yeni film - AÇIQLAMA




Hazırladığı maraqlı videomaterialları ilə geniş izləyici auditoriyası qazanan videobloger, aktyor Taleh Yüzbəyov ən son özünün də rol aldığı "Zəhər tuluğu 4: Cəhd" filmini təqdim edib.



AFN-in məlumatına görə, qısa müddətə 1 milyondan çox baxış toplayan filmin ssenari müəllifi və rejissoru da T.Yüzbəyovdur. Müəlliflə əlaqə saxlayaraq, "Zəhər tuluğu"nun növbəti bölümü ilə maraqlandıq. T.Yüzbəyov AFN-ə açıqlamasında bildirdi ki, bu filmin V hissəsi ilə bağlı hələlik fikir söyləmək istəmir: "İndi bu haqda heç nə deyə bilmərəm. Amma başqa bir iş üzərində çalışıram, yeni film gəlir. Mövzusu və məzmunu barədə əvvəldən açıqlama verməyəcəyəm. Yalnız film təqdim edildikdən sonra haqqında ətraflı danışa bilərəm".

Könül CƏFƏRLİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu