Al Paçino Conni Deppin növbəti filmində rol alacaq


Oskar mükafatçısı Al Paçino italyan rəssam və heykəltəraş Amedeo Modigliani haqqında "Modi" bioqrafik filminin çəkilişlərinə qatılıb. Filmin rejissoru Conni Deppdir.


AFN.az xəbər verir ki, hər iki aktyor artıq birlikdə - "Donni Brasko" trillerində də işləyiblər. "Modi" Modiglianinin həyatındakı iki gündən bəhs edəcək. Belə ki, filmin qəhrəmanı 1916-cı ildə Parisdən qaçmaq niyyətində olub, lakin onun planları sirli bir kolleksiyaçı tərəfindən qəfil dəyişib. Film Danny MacIntyre-nin "Modigliani" teatr tamaşası əsasında çəkiləcək.

Modigliani-ni Rikkardo Skamarçio təcəssüm etdirəcək. Rollardan birində isə fransalı Pierre Nine çıxış edəcək. "Modi" filmi Depp üçün ikinci rejissorluq cəhdidir. Belə ki, o, bundan öncə 1997-ci ildə Marlon Brando ilə "The Brave" filmini çəkib.

Çəkilişlər payızda Budapeştdə başlayacaq. Film haqqında ilk dəfə keçən ilin yayında məlumat verilib. .

Al Paçino hazırda Morqan Friman və Helen Mirren ilə "Sniff" triller filmini çəkir. Bu qış o, Prime Videoda The Hunters serialının son mövsümündə təqdim olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu