ABŞ İrana qarşı sanksiyaları artırıb




"ABŞ İrandan neft idxal edən bir neçə Çin şirkətinə və vətəndaşına sanksiya tətbiq edib".



AFN-in məlumatına görə, bunu ABŞ dövlət katibi Maykl Pompeo Nyu-Yorkda keçirilən "Nüvə İranına qarşı birlik" adlı konfransda çıxış edərkən deyib. O, bildirib ki, "Cosco Shipping Tanker Co." və "China Concord Petroleum Co." da daxil olmaqla 5 Çin şirkəti mövcud sanksiyalara baxmayaraq, İrandan neft almağa davam edir: " Həmçinin siyahıda bir neçə Çin vətəndaşının da adı var. İran uzun illərdir ki, bölgə üçün təhlükə mənbəyi olmağa davam edir. Dünya xalqlarının rəsmi Tehrana qarşı birlik nümayiş etdirməyinin vaxtı yetişib".

Könül CƏFƏRLİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu