ASGA ATƏT-də Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı aksiya edib - FOTOLAR




Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov 20-27 sentyabr tarixlərində QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in İllik Toplantısında iştirak edir.



Bu barədə məlumat verən ASGA sədri Səbuhi Abbasovun sözlərinə görə, səfərin məqsədi ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi İnsani Dəyərlərin Tətbiqi üzrə İllik Toplantısında iştirak etməkdir. S.Abbasov qeyd edib ki, bu toplantıda ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, parlamentarilər, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edirlər. İllik toplantının "Milli azlıqlara mənsub şəxslərin hüquqları”ilə bağlı plenar iclasda çıxış planlaşdıran ASGA sədri bu sahədə ölkəmizdə mövcud durumu dəyərləndirəcək. Tədbirin gedişatında ASGA sədri Dilqəm Əsgərov və Şahbaz Quliyevin qanunsuz olaraq qondarma rejimdə əsir kimi saxlanmasına qarşı dinc məlumatlandırma aksiyası edib, ingilis dilində geniş məlumat flayerlərini ATƏT iştirakçılarına paylayıb.







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu