Amerika İrana qarşı sanksiyaları artırmağa hazırlaşır




"Maliyyə naziri Stiven Mnuçinə İrana qarşı sanksiyaların ciddi şəkildə artırılması üçün təlimat verdim".

AFN-in "Mehr" agentliyinə istinadən məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp şəxsi tvitter hesabında yazıb. O, bununla da İrana qarşı siyasətin daha da sərtləşəcəyini bəyan edib.

Qeyd edək ki, ABŞ və İran arasında gərginlik Səudiyyə Ərəbistanının "Saudi Aramco" milli neft şirkətinə edilən hücumdan sonra daha da artıb. Ağ Ev bu hadisənin arxasında İranın dayandığını iddia edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu