Bakı şəhəri Reklam İdarəsinin sahibkarlara qurduğu tələ!




Bakı şəhəri Reklam İdarəsinin əməkdaşları tərəfindən kiçik və orta sahibkarlar aldadılaraq, cəlb olunan vəsaitləri dövlət büdcəsinə deyil, şəxsi hesabların köçürdükləri ehtimal olunur. Bu barədə “Kral Travel”MMC təsisçisi Rövşən Tağıyev məlumat verib.



Turizm şirkətindən bildirildi ki, “bununla bağlı qanunsuz protokol tərtib edilənə qədər heç bir yazılı formada müraciət etməyən Reklam İdarəsi bundan sonra protokolu və ondan sonra ki məktublarımıza cavabları sürətli poçtdan istifadə edərək bizə 1 gün ərzində çatdırırdılar.Halbuki indiyə kimi heç bir poçt vasitəsi ilə bizə yazılı məlumat verilməyib !Yalnız aşağıdakı qeyd olunan qanunsuzluq istisna olmaqla !”

2019-cu ilin ortasında Bakı şəhəri Reklam İdarəsinin nümayəndələri kimi özlərini təqdim edən bir neçə şəxs , özlərinin adlarını və vəzifələrini təqdim etmədən, kobud formada “Kral Travel” MMC-nin ofisinə daxil olaraq (7-8 nəfər şəxs)bildirdilər ki, reklam lövhələrinə görə ödəniş etməlisiniz və yaxud reklamları sökürük! Cəmiyyətimiz tərəfindən onlara bildirdi ki, sizin tələbinizin qanuniliyini əks etdirən bildiriş təqdim etsəniz və ilk öncə siz reklam lövhəsinin ödənişini hesablayıb bizə yazılı bildirsəniz və hesablanmış məbləğ cəmiyyətimizin iqtisadi vəziyyətini qane etməsə öz növbəmizdə Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydalarına uyğun olaraq reklam hesab edilməyən və fəaliyyətimizi əks etdirən löhvəni saxlamaq şərti ilə digər reklam görüntülərini sökməyi öhdəmizə götürərik.

Lakin hesablanmış məbləğlə razılaşsaq bu zaman bizim aramızda müqavilə bağlandıqdan sonra qanuni ödəniş edəcəyimizi bəyan etdik! Bu barədə şahidlərimizdə mövcuddur! Bir neçə ay sonra Bakı şəhəri Reklam İdarəsinin adı ilə hərdən fərqli işçilər yaxınlaşaraq eyni sözü onlara izah etməyimizə baxmayaraq qanunsuz tələblər irəli sürdülər. Tərəfimizdən onlara bildirildi ki,reklamın ölçülərini hesablayıb bizə yazılı sürətdə təqdim edin. Daha sonra bu mürəciətə əsasən müqavilə bağlayıb, qanuni şəkildə ödəniş edək. Lakin onlar bizə şifahi şəkildə hesablayıb 2200 (azn) məbləğ dedilər və hər hansı bir təqdim etdikləri hesaba köçürməyimizi tələb etdilər.Təqdim etdikləri hesab nömrəsi Reklam Agentliyinin deyil hər hansı özəl hesab olduğunu və Korrupsiya olduğundan şübhələnərək qanuni formada hesablanan məbləği Agentlik adından yazılı formada göndərməklərini xahiş etsək də, onlar bunun mümkün olmadığını bildirərək “Biz bunu sizə yalnız şifahi deyə bilərik” dedilər! Mən onlara bildirdim ki, bu qeyri-qanunidir və heç bir rəsmi əsas olmadan biz bu məbləği ödəyə bilmərik. Bunu rüşvət kimi qəbul edib imtina etdim. Bakı şəhəri Reklam İdarəsinin işçiləri bizə reklamın bir qismini söküb çıxarda biləcəyimizi və daha sonra yenidən hesablanıb qiymət təqdim olunacağını bildirdilər.

Bir neçə gün sonra Dövlət Agentliyinin Hüquq şöbəsinin əməkdaşı və baş müfəttiş vəzifəsində çalışan Hüseynov Surxay Nəsir oğlu kimi özünü təqdim edən şəxslər ofisə yaxınlaşıb, reklamın tamamını söküdüyümüzə (Hüquqi ünvanı saxlamaq şərti ilə) baxmayaraq bizə bildirdilər ki sökülmüş olsa belə ötən ayların borcunu verməlisiniz. Mən həmin müfəttişə bildirdim ki,bizim aramızda müqavilə yoxdursa hansı hesablanmış məbləği ödəməliyik? Yenidən rüsum hesablayıb rəsmi qaydada təqdim etmək əvəzinə, onlar bizə reklam tablosundakı hər iki MMC-nin faktiki ünvani əks etdirən yazınıda hesablayıb şifahi məbləğ deyib pul ödəməmizi tələb etdilər. Əks halda protokol tərtib edəcəyini və bizi 5000 manat məbləğində cərimə edəcəkləri ilə hədələdilər!Lakin mən ünvan bildirən yazının reklam olmadığını bildirdim və bu qərarın düzgün olmadığnı, bizə düzgün hesablanıb rəsmi şəkildə yazılı məlumat vermələrini tələb etdim. Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaların 3.3-1 maddəsində qeyd edilir ki, Birbaşa aid olduğu ticarət (xidmət) obyektlərinin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 2 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar) reklam daşıyıcıları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Bildirdik ki, heç bir rəsmi əsas olmadan, aramızda razılaşdırılmış müqavilə bağlanılmadan onların etdiyi tələbləri qanuni hesab etmirik. Bu iradlarımızdan sonra həmin şəxslər idarə rəisi ilə telefonla danışdıqlarını bildirdilər, lakin rəis razılaşmır deyərək ki, heç olmasa yarsını ödəsinlər ifadəsini işlətdilər. Daha sonra protokol tərtib etdilər və protokolun izahat bölməsində təsisçisi olduğum “Kral Travel” MMC-nin adından izahat bölməsində fikir bildirilmək istədiyimi deməyimə baxmayaraq, Surxay Hüseynov bizim adımızdan “İzahat yazmaqdan İmtina etdi” və “adını bildirməkdən imtina etdi” kimi sözləri qeyd edib qanuna zidd protokol tərtib etdi. Mən onlara bildirdim ki, izahat bölməsindəki hissəyə izahatımı əlavə edim onlar buna icazə verməyərək ofisdən çıxdılar! Ofis kameralarında bu görüntüdə öz əksini tapıb! (hurriyet.com.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu