Bakıda "zibil maşını" aşdı: yaralanan var
Paytaxtın Sabunçu rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, Balaxanı qəsəbəsi ərazisində Mənzil Kommunal İstehsalat Birliyinə (MKİS) məxsus zibil daşıyan avtomobil idarəetmədən çıxaraq aşıb.
Hadisə zamanı idarədə fəhlə işləyən 1979-cu il təvəllüdlü Əsgərov Seymur Telman oğlu xəsarət alıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Oxu.az bildirir ki, faktla bağlı araşdırma aparılır.