Bakı polisi Aşura mərasimləri ilə bağlı məlumat yaydı




Aşura mərasimləri ilə əlaqədar ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini ilə əlaqədar paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq.



Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətindən məlumat verib.

Qeyd edilib ki, Bakının bütün məscid və ziyarətgahların ətrafında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədi ilə ərazilərə əlavə polis naryadları cəlb olunacaq: “Dini ayinlərin keçiriləcəyi yerlərdə ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı həyata keçilməklə, müəyyən edilən ünvanlardan kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu