Sumqayıt-Bakı yolunda güclü tıxac yaranıb




Bu gün səhər saatlarından Sumqayıt-Bakı yolunda güclü tıxac yaranıb.



“Report”un məlumatına görə, tıxac magistral yolun Xırdalan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, yolun bir tərəfində qəbiristanlıqda dəfn mərasiminin keçirilməsi tıxaca səbəb olub. Əraziyə DYP əməkdaşları cəlb olunub.

Hazırda tıxacın aradan qaldırılması üçün tədbirlər görülür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu