Vergilər nazirinin birinci müavini Neftçala rayonunda vətəndaşları qəbul edəcək




Neftçala, Hacıqabul, Sabirabad, Saatlı, Salyan rayonları və Şirvan şəhəri sakinlərinin nəzərinə!



Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov 24 iyul 2019-cu il tarixində Neftçala şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (Ünvan: H.Əliyev prospekti 35) Neftçala, Hacıqabul, Sabirabad, Saatlı, Salyan rayonları və Şirvan şəhərindən olan vətəndaşları qəbul edəcək. Qəbulda iştirak etmək istəyən vətəndaşlar Şirvan şəhərində 5 saylı Ərazi Vergilər İdarəsinə, habelə Neftçala, Hacıqabul, Sabirabad, Salyan və Saatlı rayonlarında vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu