"AvtoVAZ" istehsalı tam dayandırdı
Rusiyanın ən iri avtomobil istehsalçısı olan “AvtoVAZ” şirkəti bu gündən etibarən istehsalı tam dayandırıb.
Buna səbəb avtomobil komponentlərinin əsas tədarükçüsü olan “Zavod Avtokomponent” MMC-nin üzərinə götürdüyü öhdəliklərin pozulması və avtomobil komponentlərin tədarükünün dayandırılmasıdır. “AvtoVAZ” həm Tolyatti, həm də İjevskdə yerləşən zavodlarda istehsalı dayandırmağa qərara alıb.
Eləcə də bax: “Lada”lar yenə bahalaşacaq
Hazırda şirkət istehsalın bərpası üçün lazımi tədbirlər görməkdədir. (APA)