Mingəçevir xəstəxanasında özünü yandıran ata öldü
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həyətində özünü yandıran keçmiş hərbçi İmamverdi İsmayılov vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu barədə aktyor Ziya Ağa məlumat verib.
"Bir yerdə xidmət etmişdik... Əsgər yoldaşımdır. O qədər saf, mərd, ləyaqətli insan idi ki...", - deyə aktyor qeyd edib.
Xatırladaq ki, qıcolma xəstəsi olan övladını xəstəxanaya gətirən İmamverdi İsmayılov xəstəxananın həyətində özünü yandırmışdı. Onun həkim səhlənkarlığı səbəbindən belə addım atdığı deyilir.