"Son nəfəsədək" filmi İsveç və Yunanıstanda nümayiş olunacaq




Qarabağ həqiqətləri ilə bağlı çəkilən "Son nəfəsədək" filmi İsveç və Yunanıstanda nümayiş olunacaq.



Bu barədə AFN-ə diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

“Film 23 iyun 2019-cu il tarixində İsveçin Höteborq şəhərində soydaşlarımız tərəfindən nümayiş olunacaq. Filmin əsas təşkilatçısı Höteborqda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və İdman Dərnəyidir. Filmin nümayişinə İsveç Azərbaycan Evi dəstək verəcək.

Film iyunun 25-də Yunanıstanda “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən də nümayiş olunacaq.

Digər ölkələrdə də təqdim olunması gözlənilir”, - E.Eltürk bildirib.

Eltürkün sözlərinə görə, əsas məqsəd xaricdə yaşayan soydaşlarımız arasında milli birliyin güclənməsi, gənclər arasında vətənpərvərlik ruhunun inkişafını sürətləndirməkdir:

“Həm də Qarabağ həqiqətləri bizi bir yumruq kimi birləşdirməlidir. “Son nəfəsədək” filmi də bizi buna səsləyir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu