7NEWS.az saytı 4 yaşında
7NEWS.az informasiya portalının 4 yaşı tamam olub.
AFN xəbər verir ki, 7NEWS.az internet xəbər portalı 2015-cü ilin may ayında fəaliyyətə başlayıb və müstəqil informasiya siyasəti həyata kecirən media qurumudur. "7NEWS” MMC nəzdində fəaliyyət göstərən 7NEWS.az saytında Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır.
Bundan basqa, internet saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. İnternet qəzet siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayır. Bu media layihəsinin işində redaksiyanın yaradıcı kollektivi ilə yanaşı oxucular da aktiv iştirak edə bilərlər. Redaksiyada və internet saytda «qaynar-xətt» (055 274 04 25) fəaliyyət göstərir ki, oxucuların qarşılaşdıqları hadisələrlə bağlı redaksiyaya operativ məlumat vermək imkanları var.
Azərbaycan və rus dillərində fəaliyyət göstərən 7NEWS.az informasiya portalı Mətbuat Şurasının üzvüdür. Saytın baş redaktoru internet-media ekspert Səbuhi Abbasovdur.