Prezident Rasim Balayevə nə deyib?- AÇIQLAMA
Xalq artisti Rasim Balayev bir neçə gün öncə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşməsi barədə danışıb.
AFN xəbər verir ki, sənətkar Ölkə.Az-a açıqlamasında bildirib ki, ölkə rəhbəri ona tez-tez görüşəcəklərini deyib:
"Tədbirə sənətkarlar da dəvət edilmişdi. Zeynəb Xanlarova, Tahir Salahov, mən və bir neçə sənətkar yaxın oturmuşduq. Tədbirdən çıxanda biz tərəfə də yaxınlaşdı. Ayaqüstü qısa söhbətimiz oldu. Yaradıcılıqla bağlı heç nə danışmadıq. Çünki orada elə geniş danışmağa imkan da yox idi. Sonra dedi ki, sağlıq olsun, hələ tez-tez görüşəcəyik".
Qeyd edək ki, mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva xalq artisti Rasim Balayevlə görüşüb söhbət etmişdilər.