Tikinti şirkətinin rəhbərlərinin məhkəməsi başlayıb
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aqil Qədirov və Elnur Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
ONA-nın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı mayın 8-nə təyin edilib.
Qeyd edək ki, “Meqa-Siti Holdinq” MMC-nin təsisçiləri Aqil Qədirov və Elnur Məmmədov 1 milyon manatlıq dələduzluqda təqsirli bilinir. İttihama görə, həmin şəxslər inşa etdikləri yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satıblar. Cinayət işində 33 zərərçəkmiş var.