“Sən də oxu” layihəsi - gənclərin maariflənməsi yönündə önəmli addım




“Alternativ Gələcək – Ümumlayihə maarifləndirmə birliyi” konsepti altında baş tutacaq bütün layihələr Azərbaycan cəmiyyətinin inkişafına yönəlikdir. Ələxsus gənclərin müəyyən çatışmazlıqlarını aradan qaldırmaq məqsədi ilə baş tutacaq layihələri, məhz gənclərin özləri əlçatan edəcək. Həmçinin layihələr çərçivəsində pulsuz dil öyrənmə imkanları, keçiriləcək seminarlar ilə dünya görüşünün inkişafı, mədəni və incəsənət sahələrinə diqqətin yönəldilməsi, düzgün tənqidçilik qabiliyyətinin yaradılması və cəmiyyətin ümumi baxış bucağının yaradılması planlaşdırılır.



İlk layihə olan "Sən də oxu" layihəsi maddi çıxarları olmayan, cəmiyyətin gələcək inkişafına yönəlik, insanların birlik ola bilmə duyğusunun inkişafına, xüsusilə də müəyyən imkanlardan məhrum olan gənclərin qeyd edilən meyarlar üzrə toplanması və bir-birinə yardım etməsi istiqamətində irəliləyəcək.
"Sən də oxu" və həyata keçiriləcək olan digər layihələrdə məqsəd gənclərin öz imkanlarını birləşdirmək və onlardan səmərəli şəkildə istifadə edərək öz gələcək həyatları ilə yanaşı, intellektual və yardımsevər cəmiyyətin formalaşdırılmasıdır.
"Sən də oxu" layihəsi heç bir halda mənfəətə yönəlik olmayacaq. Bu layihədə istənilən şəxs ən az 1 kitabla iştirak edə bilər. Belə ki, hər kəs oxuduğu kitabı daha sonra digər bir şəxsə verəcək və oxuduqdan sonra həmin şəxs növbəti oxucuya təqdim edəcək. Qeyd edək ki, bu kitablar bədii, elmi, psixoloji və fəlsəfi kitablar olmalıdır. Hər bir şəxs özü oxuduğu kitabı verməli, əlavə olaraq isə kitabın üz qabığına #AlternativGələcək #Sendeoxu haştağı qeyd edilməlidir.
Belə ki, kitabı oxuduqdan sonra, içində ağ hissədə aşağıdakı formada qeyd etməlidir:
1. Ad, Soyad, Oxuduğu tarix. (istəyən kiçik bir mesaj da ötürə bilər.
Daha sonra növbəti şəxs; ad, soyad, oxuduğu tarix və beləcə əldən-ələ bir trayektoriya cızacaq. Kitabın üstünə qeyd ediləcək yazı bir dəfə olmalıdır, o da kitabı verən şəxs edəcək. Bu çox mütləqdir və layihənin əsas təbliğat hissəsidir. Bütün bunlar aşağıda qeyd edilən qrupda baş verəcək. Kitablar orada paylaşılacaq.

Link aşağıda: https://www.facebook.com/groups/2154121718035245/

Layihənin əsas meyarı, hadisələrə fokuslanmaq deyil, mahiyyətə, yaradacağımız yeni cərəyanların əhəmiyyətinə - bir sözlə "Biz niyə bunu edirik" - ideyalarına fokuslanmaqdır. Baxmaq ilə görmək arasında, eşitmək ilə duymaq arasındakı fərq kimidir. Həmçinin hər bir iştirakçıda birlik ruhunu inkişaf etdirəcək, yeni və daha böyük layihələrin davamlı olmasına zəmin yaradacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu