Bakıda baş verən yanğın zamanı 5 nəfər zərər çəkib
Azərsutikinti Xəstəxanasının məcburi köçkünlərin məskunlaşdığı korpusunda baş verən yanğın zamanı ümimilikdə 5 nəfər zərər çəkib.
Bu barədə "Report"a həmin xəstəxananın nümayəndəsi Cəmaləddin İsgəndərli məlumat verib.
“Onlardan 3-nə tüstüdən zəhərlənmə ilə bağlı ilkin tibbi yardım göstərilib. Bir nəfər özünü binadan aşağı atıb və 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb, vəziyyəti ağırdır. Bir qadın isə başından və üzündən yanıq xəsarətləri alıb”.