Qənirə Paşayeva “DOST Xonçası” qoşulub- FOTOLAR
“DOST Xonçası” kampaniyasına mən də qoşuldum. Bu sözləri millət vəkili Qənirə Paşayeva sosial şəbəkədə qeyd edib.
O bildirib ki, kampaniya çərçivəsində 80 yaşlı Vəciqə Ağayevanın qonağı olduq, hal-əhval tutduq, bayramlaşdıq:
"Bu nəcib təşəbbüsə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təşəkkür edirəm və hər kəsi bu kampaniyaya qoşulmağa çağırıram. Qoy Novruz sevincindən hər bir evə pay düşsün, bayram təbriki almayan heç bir insan qalmasın, heç kim özünü tənha hiss etməsin. Azərbaycan xalqının gözəl, qədim ənənələri daim yaşasın! Bayramınız mübarək!"