Sabirabad və İsmayıllıda azot gübrəsinin güzəştli səyyar satışı həyata keçiriləcək




Fevral ayından etibarən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, növbəti səyyar satışlar mart ayının 5-də Sabirabad rayonun Qəzli kəndinin, Qruzma bələdiyyəsinin inzibati binasında keçiriləcək. Bu rayona ən yaxın kəndlər olan Qəzli, Qruzma, Qaraqaşlı, Kovlar, Yenikənd və digər ətraf kəndlərinin sakinləri də səyyar satışdan yararlana biləcək.

Digər səyyar satışlar mart ayının 7-də isə İsmayıllı rayonun Qubaxəlilli kəndinin, İcra nümayəndəliyinin binası keçiriləcək. Bu rayona ən yaxın kəndlər olan Qubaxəlilli, Gəraybəyli, Xəlilli, Külümlü, Zərnava, Kəlbənd, Kütmaşı və digər ətraf kəndlərin sakinləri səyyar satışdan yararlana biləcəklər.

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə edirlər.

Səyyar satış barədə ətraflı məlumat almaq üçün, Sabirabad rayonu üzrə +99450 213 04 72 (Heydər Yaqubov Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru), İsmayıllı rayonu üzrə +99450 332 74 44 (Həsən Həsənov İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru), nömrəsi ilə əlaqə saxlaya bilərlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu