Cocuq Mərcanlı sakinləri mineral gübrələrlə təmin olunub- FOTOLAR
Martın 2-də “Aqrolizinq” ASC tərəfindən Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndinin sakinlərinə mineral gübrələrin təqdim edilməsi məqsədilə tədbir təşkil edilib. Tədbirdə “Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədr müavini, Füzuli rayon DAİM-in müdiri və digər rəhbər şəxslər iştirak edib.
Tədbirdə “Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədr müavini Ziya Vəliyev qəsəbə sakinləri qarşısında nitqi zamanı Cocuq Mərcanlı qəsəbəsinin ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzində olduğunu bildirib. Daha sonra qəsəbədə yaşayan bütün sakinlərə normativə uyğun olaraq ödənişsiz 24 ton ammonium nitrat və 16 ton ammofos gübrələri təqdim edilib. Qəsəbə sakinlərinə mineral gübrələrin təqdim edilməsində əsas məqsəd vətəndaşları bu gübrə ilə zamanında təmin etmək və yüksək məhsuldarlığa nail olmaqdır.