İcra hakimiyyəti müəllimlərə məcburi bilet satdırır- Sumqayıtdan ŞİKAYƏT




Sumqayıt Şəhər İcra Hakimiyyəti və Şəhər Təhsil Şöbəsi müəllimlərə məcburən "Bu şəhərdə"nin konsertinə bilet satdırır.

Belə bir iddia ilə redaksiyamıza məlumat verən xanım Sumqayıt şəhəri 33 saylı orta məktəbdə müəllimə işlədiyini deyir. Adının çəkilməməsini istəyən müəllimə bildirir ki, bir neçə gün əvvəl qeyd edilən konsertin Sumqayıtda keçirilməsinə şəhər rəhbərliyi tərəfindən icazə verilmədiyi bildirilsə də, konsert razılaşdırılıb: "Təhsil şöbəsinə yeni təyin olunan Arzu Alızadə Sumqayıt İH-lə birləşib başımıza oyun açır. Bir neçə gün əvvəl mətbuatda yazılmışdı ki, "Bu şəhərdə" kollektivinin Sumqayıtda konsert verməsinə icazə verilməyib. Ondan sonra nə oldu, nə baş verdisə, bir də eşitdik ki, bəs bütün məktəblərə göstəriş verilib, hər məktəbdən 20 nəfər "Bu şəhərdə"nin Sumqayıtda keçiriləcək konsertində iştirak etməlidir. Biletlərin də qiyməti 10-20 manatdır. Bazarda qiymətlər gündən-günə bahalaşır, belə bir ağır zəmanədə bizim nəyimizə lazımdır "Bu şəhərdə"? Xahiş edirik, buna kim göstəriş verib, müəllimləri dövlətdən narazı salmağa çalışan kimdir araşdırıb ictimailəşdirəsiz".
Sumqayıt İH-in mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev AFN-in sorğusuna cavab olaraq bildirdi ki, qeyd edilən məlumat həqiqətiəks etdirmir: "Bildiyiniz kimi, "Bu şəhərdə" kollektivinin keçirilməsi üçün Sumqayıt rəhbərliyi icazə verib. Onlar da Sumqayıt Dövlət Dram Teatrı ilə razılaşaraq konsertlərini orada verəcəklər. Konsertin biletləri teatrın kassalarında satılır. Şəhər sakinləri biletləri özləri gedib kassadan alırlar. Bu məlumatın heç bir əsası yoxdur".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu