İsveçdeki Azerbaycan Federasiyası Xocalı soyqırımı ile bağlı bildirişi yaydı




1992- ci ildə bu gecə, fevral ayının 25-dən 26-na keçən gecə, Quzey Azerbaycanın Xocalı şəhəri, qədim Türk şəhəri olan Xocalı şəhəri, Erməni silahlıları tərəfindən atəşə tutuldu. Xocalı əhalisi, Azərbaycan türkləri, Ermənilər tərəfindən qətliama məruz qaldılar. Beləcə 26 fevral 1992 Azərbaycan xalqında dərin və sağalmaz yaralar açdı.



Rəsmi rəqəmlərə görə, 613 nəfər öldürüldü, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə yaşlılar idi. 8 ailə tamamilə məhv edilmişdi. Bundan əlavə, 1275 nəfər əsir götürüldü, 150 nəfərin taleyi indiyə kimi məlum deyildir. Bu soyqırımı zamanı sivil (mülki) insanlar, o cümlədən qadınlar və uşaqlar xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilmiş, başları kəsilmiş, yaxud başlarının dərisi soyulmuş, gözləri çıxarılmış, hamilə qadınlar süngü dəlik-deşik edilmişdi. Xəsarət alanlardan 487 nəfəri sakat (şikəst) olmuşdur ki, onlardan 76 nəfəri azyaşlı idi.
Əlbəttə, ermənilər bu qətliamı, türklərə qarşı törətdikləri bu növbəti soyqırımı, təkbaşına və ya özbaşına etmədilər. Onlara bu qətliamı həyata keçirməkdə yenə də rus ordusu yardım etdi. Erməni silahlı qoşunu Sovetlər Birliyi dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətin köməkliyi ilə Xocalı şəhərinə hücum edərək, şəhəri hər tərəfdən mühasirəyə aldılar. Ermənilər axşam çağından şəhəri toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutdular.
Xalqımızın başına gələn faciə müasir dövrün ən faciəvi, ən dəhşətli, ən vəhşi və ən iyrənc bir düşmənçilik forması idi. Erməni məsulları öz ağlınca Azərbaycan xalqına göz dağı vermiş oldular. Bunu onlar dəfələrlə açıq-aydın bildirmişlər. Ancaq bilmədilər ki, bununla erməni xalqı tarixdə əbədi olaraq insanlıqdan nəsibini almamış, vəhşi bir xalq kimi qalmış oldular. İnsanlığa üz qarası oldular! Bəşəriyyət tarixində qədim dövrdən bəri çox sayda dəhşətli savaşlar və qətliamlar baş vermişdir. Lakin intibahdan sonra və daha sonra dünyanın çox ölkəsində savadlanma prosesləri kütləviləşəndən sonra bəşəriyyət humanizmi seçmiş, keçmişdən dərs almışdır. Çoxunluq millətlər/ölkələr sülhün nə demək olduğunu anlamış, parlamentarizm üsülunu seçmiş, demokratiya və dostluğa önəm verməyə başlamış və bu yolda gəlişməyə başlamışlar. Lakin erməni xalqı özünün rus və bəzi Qərb ölkələrinin siyasi aləti, oyuncağı olduğunun fərqinə varmamış, torpaq işğalı və Böyük Ermənistan və etnik təmizləmə siyasətində özünü qandırmışdır.
Bir dövr (1987-ci ildən bu günə qədər) erməni xalqının yenə də rus və bəzi Qərb ölkələrinin siyasi qanadı altında işləri getdi. Lakin bu dövr bitmək üzrədir. Artıq bu siyasət yürüyə bilmir. Maskalar yırtılır. Avropa Birliyində xarici siyasət gərginliyindən Brexit ortaya çıxdı. Çünki həm də demokratiya öz işini bir tərəfdən görür. Tez ya geç yanlış siyasət qınanılır, tənqid atəşinə tutulur və dəyişməyə məcbur qalır. Azərbaycan mühacirləri artıq ikinici- üçüncü nəsildir Qərb ölkələrində yetişiblər və insan haqqlarını tələb etməyə, işğalı qınamaqda, ərazi bütövlüyünü tələb etməkdə, soyqırıma hüquqi sorumluluq və dəyər verməkdə israrlı olduqlarını, bu yoldan sonuna qədər vaz keçməyəcəklərini aydın göstərmişlər. Avropa bunun fərqində!
Xüsusilə biz, İsveçdəki Azərbaycan Federasiyası olaraq, İsveç hökumətindən ta Xocalıya onun siyasi və hüquqi adını aldığımıza qədər, Qarabağ işğalını pisləməyənə qədər israrla davam edəcəyik! İsveçlilər zatən hər zaman dinləmişlər, anlamışlar, ancaq nə yazıq ki, Avropa Birliyinin xarici siyacət xəttində hərəkət etmişlərdir. İllaki bu xəttdən çıxacaqlar. Çıxmaq üzərədirlər deyə bilərik.

Əziz soydaşlar! Biz bu travma ilə yaşadıq. Qarabağ savaşı tək dədə-baba torpaqlarının, ana yurdun işğalı olmadı. Şəhidlər verməklə qalmadı. Hər tərəfli psixoloji zərbədən qurtula bilmədik. Bu psixoloji zərbənin tam olaraq nə demək olduğunu sülh içində yaşayan ölkənin, heç bir zaman əsarətdə olmayan bir millətin yaşam tərzi ilə müqayisədə və birbaşa içində olaraq inkişafını daha yaxından izlədikdə daha aydın görünür. Amma və lakin bir millət olaraq alnımız açıq, üzümüz ağdır! İşğalçı və yalançı biz deyilik! Biz humanist vətəndaşlar, sağlam insanlar yetişdirən bir millətik.
Xocalı soyqırımında qətl olmuş soydaşlarımızı rəhmətlə və sayqıyla anırıq. Ailəsini, əzizlərini həmin qətliyamda qayb etmiş bacı və qardaşlarımıza yenə də başsağlığı veririk. Onlara biz sizin ailəniz, bacı və qardaşlarınız olduğumuzu demək istəyirik. Azərbaycan torpağı sizin halalınızdır! Siz hər bir qapını tam ərklə açmalı və ən böyük, ən gözəl qayğını görməlisiniz.

Başınız sağ olsun, xalqım! Vətən sağ olsun!


İsveçdəki Azərbaycan Federasiyası (AFİ) adına və şəxsim adına
Səadət Kərimi
AFİ İdarə Heyətinin sədr müavini
25 Fevral 2019



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu