BNA: "Yanğınla əlaqədar Şəfaət Mehdiyev küçəsində nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb"




Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədar qeyd edilən ərazidə nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb.



Bu səbəbdən də Ş.Mehdiyev küçəsi və Tbilisi prospekti şəhər istiqamətndə hərəkət edən müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət intervalında da gecikmələr müşahidə edilir. Hazırda avtobuslararası intervalın stabilləşməsi üçün zəruri tədbirlər görülür. Sərnişinlərdən bunu anlayışla qəbul etmələrini xahiş edirik.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu