Azərbaycanda 106 nəfər qızılcaya yoluxub




“Ötən ilin dekabr və bu ilin yanvar ayı ilə müqayisədə Azərbaycanda qızılcaya yoluxma hallarında azalma qeydə alınıb”.

Bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

O qeyd edib ki, bu ay qızılcaya yoluxanların sayında azalma var: “Qızılcaya tutulanların əksəriyyəti yenə də əsasən, 20-40 yaş arasında olan şəxslərdir. Onlar da vaxtilə peyvənd olunmayıblar. Uşaqlar arasında çox az sayda yoluxma faktı qeydə alınıb. Əgər hansısa uşaq peyvənddən kənarda qalıbsa, onlara peyvəndlərin vurulması təmin edilir”.

A.Əliyeva bildirib ki, bu ilin yanvar ayı ərzində 51 nəfərin qızılcaya yoluxması (ötən ilin dekabrında 55) təsdiqlənib: “Ümumilikdə isə fevral ayına qədər 106 yoluxma hadisəsi qeydə alınıb”.

O, həmçinin xatırladıb ki, Səhiyyə Nazirliyi 160 min vaksin alınmasını sifariş verib və həmin peyvəndlərin martın əvvəlində ölkəyə gətirilməsi planlaşdırılır. Həmin peyvəndlərin kimlərə vurulması ilə bağlı müvafiq əmr imzalandıqdan sonra peyvəndləmə işlərinə başlanılcaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu