Qarabağ qazisi Aqil Əhmədovun həyatı təhlükədədir- Dəstək olun!




Qarabağ qazisi, xüsusi təyinatlı kəşfiyyatçı olmuş Aqil Əhmədovun həyatı təhlükə altındadır!



AFN xəbər verir ki, bu barədə Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu sosial şəbəkədə yazıb. O bildirib ki, düşmən gülləsi Aqilin daxili orqanlarını darmadağın edib: "Güllənin biri hələ də ürəyinin başındadır. Adam canını Vətən üçün qurban verib! Düşmən arxasında kəşfiyyat əməliyyatı zamanı ağır yaralanıb, huşunu itirib və əsir düşüb. 1997-ci ildə Xankəndində erməni həkimlərinin qarnına qoyduğu rezin şlanqla yaşayır. 22 il əvvəl qoyulmuş o rezin şlanqlar indi çürüyüb. Aqilin həyatı təhlükə altındadır. Hər an həyatını itirə bilər!"

Daha sonra R.Kərimoğlu Səhiyyə Nazirliyinə, məmurlara və deputatlara da öz iradını bildirib. O qeyd edib ki, Azərbaycan səhiyyəsi Aqilin əməliyyatını bacarmır, eyni zamanda bunu edə bilən xarici ölkəyə də göndərmir: "Prezidentə sadiqlikdən danışan məmurlar, deputatlar, iş budur! Prezidentə sadiqliq budur! Prezidenti, Mehriban xanımı, Əli Həsənovu, Fuad Ələsgərovu və digərlərini birbaşa, dolayısı ilə müdafiə edən, dövlətin şəhid ailələrinə, Qarabağ qazilərinə diqqət və qayğısından yazan jurnalist həmkarlarıma da müraciət edirəm. Buna diqqət göstərin, ictimailəşdirin. Ya da əliniz çatanlara deyin bu vətən qazisinə kömək etsin, qaziyə dəstək olsun!"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu