Qənirə Paşayeva Tovuzda gənclər üçün "Siqaretə yox deyək!" adlı tədbir keçirib- FOTOLAR




Tovuz Gənclər Evində Dünya Siqareti Tərgitmə günü münasibətilə uşaqlar üçün "Siqaretə yox deyək!" adlı tədbir keçirilib.



Tovuz Gənclər Evinin direktoru Rauf Rüstəmov çıxış edərək siqaret çəkmənin zərəri və bununla bağlı gənclər arasında maarifləndirmə işlərinin, bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Q.Paşayeva çıxış edərək hazırda il ərzində 6 milyona yaxın insanın tütündən, siqaretdən istifadə etdiyinə görə dünyasını dəyişdiyini qeyd edib: “Biz bütün gəncləri sağlam gələcək naminə siqaretlə, tütün məhsulları ilə mübarizəyə səsləyirik və onları bu maarifləndirmə hərəkatının öncülləri görmək istəyirik. Hər bir gəncimiz ilk növbədə özündən, ətrafından başlayaraq tütün məhsullarına qarşı mübarizə aparmalı və gənclərimizin bu zərərli vərdişə tutulmamasına çalışmalıdır. Bu zərərli vərdişə insanlar adətən gənc yaşlarda başlayır və çox hallarda bir daha xilas ola bilmirələr”. Şagirdlər və gənclərlə siqaretin dəhşətli zərərli təsirləri, onu atmanın, ondan xilas olmanın heç zaman gec olmaması barədə, sadəcə güclü iradə və bunu necə edə bilməklə bağlı əldə edəcəkləri biliklərlə buna cəhd etmələrinin vacibliyi ilə bağlı danışan millət vəkili Qənirə Paşayeva bildirib ki, ölkəmizdə də insanlar arasında, xüsusilə gənclər arasında siqaretdən istifadə edənlərin artması hamımızı ciddi narahat etməli və gənclərimizin bu zərərli vərdişə meyillənməməsi istiqamətində səylərimizi daha da artırmalıyıq. Biz hamımız gənclərimizin tütün məhsulları, narkomaniya, alkoqolizm kimi zərərli vərdişlərə tutulmamasına çalışmalıyıq deyən Qənirə Paşayeva onları bu zərərli vərdişdən xilas olmaq üçün düşünməyə və addım atmağa çağırıb. Siqaretin çəkmənin zərərlərindən danışan milllət vəkili Qənirə Paşayeva bu istiqamətdə maarifləndirmə və ictimai qınağın da önəmini xüsusi vurğulayaraq gəncləri bu məsələlərə daim həssaslıq nümayiş etdirməyə çağırıb və maarifləndirmə işlərini gücləndirməliyik deyib. Tədbirdə çıxış edən Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu .Bağırova və şairə Çığatel İsaqızı siqaret çəkmənin zərərlərindən danışaraq bu istiqamətdə uşaqlar və gənclər arasında maarifləndirmə işlərinin aparılmasının, bu kimi tədbirlərin keçirilməsinin vacibliyini qeyd ediblər.

Tədbir zamanı millət vəkili Qənirə Paşayeva tədbirdə iştirak edən gənclərə bütün dünyada bestseller olan və rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən tərcümə edilərək nəşr edilən “Siqareti atmağın asan yolu” kitabını da hədiyyə edib Görüş maraqlı söhbətlərlə yadda qalıb və gənclər zərərli vərdişlərə qarşı mübarizə, gənclər arasında siqaretdən istifadə edənlərin artmaması üçün, ondan xilas olmanın vacibliyi ilə bağlı təbliğatda daha da fəal olmağa, eyni zamanda bu zərəli vərdişdən hər zaman uzaq durmağa çalışacaqlarını deyiblər.


















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu