Vilyam Hacıyevin korrupsiya "gölməçəsi"- FOTOFAKT




İmişli rayonunda Mədəniyyət Sarayının qarşısında acınacaqlı durum yaranıb.

AFN xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat və görüntü yayılıb. Aydın olur ki, rayon Mədəniyyət Sarayının qarşısında yağış, yaxud da kanalizasiya sularından yaranmış böyük bir gölməçə var. Görüntünü "Vilyam Hacıyevin Gənclər Günündə gənclərə hədiyyəsi" qeydi ilə paylaşan sosial şəbəkə istifadəçiləri iddia edirlər ki, bu durumun yaranmasına rayon icra başçısı Vilyam Hacıyevin səhlənkarlığı, rayonda baş alıb gedən korrupsiya halları səbəb olub. Belə ki, başçının rayonun abadlaşdırılması üçün ayrılan vəsaitləri mənimsəməsi, problemlərin aradan qaldırılması üçün demək olar ki, heç bir tədbir görməməsi rayonda görünən vəziyyətin meydana çıxmasında başlıca amil kimi qeyd edilir. İnsafən, görüntülər də deyilənləri təsdiqləyir...




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu