Elman Rüstəmov builki tədiyyə balansı ilə bağlı proqnozu açıqladı
“Dünya bazarında neftin baza qiyməti 60 ABŞ dolları olacağı təqdirdə Azərbaycanın tədiyyə balansının profisitli olması gözlənilir. Profisitin məbləği ümumi daxili məhsulun 10%-i qədər proqnozlaşdırılır”.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib.
O, 2019-cu ildə də rəhbərlik etdiyi qurumun valyuta ehtiyatlarının məbləğində artım proznozlaşdırdıqlarını da bildirib. (fed.az)