Tovuzda 32 yaşlı kişi qətlə yetirildi
Tovuzda qətl törədilib.
Hadisə rayonun Eyyublu kəndində qeydə alınıb.
Belə ki, 32 yaşlı Elməddin Quliyev kəsici alətlə qətlə yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən onun 1997-ci il təvəllüdlü həmkəndlisi Asəf Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə, hər iki şəxs spirtli içkinin təsiri altında olub.

