Ukraynaya məxsus "Su-24M" tipli bombardmançı təyyarə qəzaya uğrayıb
Ukrayna ordusuna məxsus "Su-24M" (Suxoy) tipli bombardmançı təyyarənin tapşırıq icra edərkən ölkənin Xmelnitski vilayətində qəzaya uğradığı və 2 pilotun həyatını itirdiyi bildirilib.
AFN.az xəbər verir ki, Ukrayna Ordusu Hərbi Hava Qüvvələri Komandanlığının sosial şəbəkə hesabından verilən açıqlamada yerli vaxtla saat 19:00-da ölkənin Xmelnitski vilayətində orduya məxsus "Su-24M" tipli bombardmançı təyyarənin düşdüyü qeyd edilib.
Savaş təyyarəsinin bir tapşırıq zamanı qəzaya uğradığı barədə məlumat paylaşılan açıqlamada axtarış-xilasetmə qrupları və hüquq-mühafizə orqanlarının təyyarənin düşdüyü yerdə işlərini davam etdirdiyi, ilkin məlumatlara görə, mülki şəxslər arasında itki olmadığı, qəzanın səbəbləri və şəraitinin araşdırıldığı ifadə olunub.
Açıqlamada həmçinin təyyarənin 2 pilotunun həlak olduğu diqqətə çatdırılıb.
