''AYDIN PARTNERS'' MMC qazaxıstanlı həmkarları ilə əməkdaşlıq müqaviləsi imzalayıb
Qazaxıstanın Astana şəhərində fəaliyyət göstərən səhiyyə və tibbi turizm müəssisələrinin təmsilçilərindən ibarət nümayəndə heyətinin iştirakı ilə Bakıda keçirilən “Road-show” tədbiri çərçivəsində ''AYDIN PARTNERS'' MMC bir neçə tibb müəssisəsi ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
AFN.az xəbər verir ki, sənəd ''AYDIN PARTNERS'' MMC-nin təsisçisi və direktoru Aydın Məhərrəmovla Astana Milli Uşaq Reabilitasiya Mərkəzinin İdarə Heyəti sədrinin müavini Səya Amangəldi qızı və Tulip Medicine klinikasının baş meneceri Saida Kazixanova arasında imzalanıb.
