Almaniya Hörmüz boğazında gəmiçilik azadlığının təmin olunmasına töhfə verməyə hazırdır


Almaniya müəyyən şərtlər daxilində tərəfdaşları ilə birlikdə Hörmüz boğazında gəmiçilik azadlığının təmin edilməsinə töhfə verməyə hazırdır.

AFN.az xəbər verir ki, bunu Fransada keçiriləcək G7 sammitinə yola düşməzdən əvvəl Almaniyanın Federal Kansleri Fridrix Merts bəyan edib.

"ABŞ və İranın sülh memorandumu barədə razılığa gəlməsindən çox məmnunam", - deyə kansler bu diplomatik uğura görə ABŞ lideri Donald Trampı və İran tərəfini təbrik edib. Merts qeyd edib ki, bu saziş qlobal iqtisadiyyatın bərpasına və regionda sabitliyə yol aça bilər, lakin Hörmüz boğazı uzunmüddətli perspektivdə və məhdudiyyətsiz şəkildə açıq qalmalıdır. O, həmçinin atəşkəs razılaşmasının Livana da şamil olunmasının vacibliyini vurğulayıb və müvafiq şərait yaranan kimi Almaniyanın bölgədə gəmiçilik təhlükəsizliyi prosesinə qoşulacağını bildirib.

Qeyd edək ki, rəsmi Vaşinqton və Tehran arasında əldə olunmuş və iyunun 15-dən etibarən hərbi əməliyyatların, eləcə də dəniz blokadasının dayandırılmasını nəzərdə tutan sazişin iyunun 19-da Cenevrədə imzalanması gözlənilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu