Yaponiya İrana qarşı sanksiyaların ləğv edilməsinə qoşulmağa hazırdır


Yaponiya, Tehranın öz nüvə fəaliyyətini şəffaf şəkildə həyata keçirəcəyi təqdirdə, Böyük Britaniya, Almaniya, İtaliya və Fransanın İrana qarşı sanksiyaların ləğvi təşəbbüsünə qoşulmağa hazır olduğunu bəyan edib.

AFN.az xəbər verir ki, bu barədə İtaliyada rəsmi səfərdə olan Yaponiyanın Baş naziri Sanae Takaiti jurnalistlərə açıxlamaında məlumat verib.

"Bizə dörd ölkənin birgə bəyanatına qoşulmaqla bağlı müraciət daxil olub və Yaponiya bu təşəbbüsə qoşulacaq", - deyə Baş nazir vurğulayıb.

Bundan əvvəl "Dördlük qrupu" (Böyük Britaniya, Almaniya, İtaliya və Fransa) ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayaraq, Tehranın nüvə proqramı çərçivəsində "aydın və yoxlanıla bilən" addımlarına cavab olaraq sanksiyaları ləğv etməyə hazır olduqlarını bildiriblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu