ABŞ Ədliyyə Nazirliyi "Warner Bros." və "Paramount" şirkətlərinin birləşməsini təsdiqləyib
ABŞ Ədliyyə Nazirliyi "Warner Bros. Discovery" (WBD) və "Paramount" şirkətlərinin birləşməsini təsdiqləyib.
AFN.az xəbər verir ki, bu barədə məlumatı "Politico" qəzeti yayıb.
Nazirliyin Antitrest idarəsi "Paramount Skydance" şirkətinin "Warner Bros."u satın almaq barədə müraciətini təsdiqləyib və sövdələşmənin məbləği 111 milyard dollar təşkil edib.
Qeyd olunur ki, ABŞ Ədliyyə Nazirliyinin əməkdaşları bu birləşmənin rəqabət üçün heç bir təhlükə yaratmadığını müəyyən ediblər.
Qəzetin mənbələrinin bildirdiyinə görə, qurum aktivlərin satılmasını və ya hər hansı güzəştlərin edilməsini tələb etmədən, həmçinin heç bir tənzimləyici şərt qoymadan sövdələşməyə razılıq verib.
Bu qərarın yaxın vaxtlarda rəsmən elan ediləcəyi gözlənilir.
