Bakıda özəl reabilitasiya mərkəzinə yerləşdirilən xəstə öldü


Paytaxtın Binəqədi rayonunda yerləşən özəl reabilitasiya mərkəzinə yerləşdirilən şəxs müəmmalı şəraitdə ölüb.

Hadisə iyunun 12-si saat 09 radələrində Görədil qəsəbəsi ərazisində yerləşən “Reself Lite” reabilitasiya mərkəzində baş verib.

Belə ki, orada müalicə alan Zaqatala rayon sakini, 1985-ci il təvəllüdlü Ə. Ramazanov naməlum səbəbdən ölüb. Onun bir müddətdir qeyd edilən mərkəzdə müalicə aldığı bildirilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğuna araşdırmalara başlanılıb.(Qafqazinfo)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu