Hindistanda hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb
Hindistan Hərbi Hava Qüvvələrinə məxsus "AN-32" tipli nəqliyyat təyyarəsi Assam ştatında qəzaya uğrayıb.
AFN.az xəbər verir ki, təyyarə Corhat bölgəsindəki bazaya eniş etməyə çalışarkən yerə çırpılıb və hadisədən sonra yanğın baş verib.
Bölgəyə təcili yardım və xilasetmə qrupları sövq edilib.
Ərazidə adətən yük və ləvazimat daşınması üçün istifadə edilən ikimühərrikli hərbi nəqliyyat təyyarəsinin düşmə səbəbi hələlik məlum deyil.
Faktla bağlı Hindistan Hərbi Hava Qüvvələri tərəfindən araşdırma başladılıb.
Qəza nəticəsində ölən və ya yaralananların olub-olmaması barədə isə hələlik rəsmi bir açıqlama verilməyib.


