ABŞ Dövlət Departamenti Cənubi Koreyaya AMRAAM raketlərinin satışını təsdiqləyib



ABŞ Dövlət Departamenti Cənubi Koreyaya təxminən 292 milyon dollar dəyərində "AIM-120C-8" Qabaqcıl Orta Mənzilli Havadan Havaya Raketlərin (AMRAAM) satışına razılıq verdiyini elan edib.

AFN.az xəbər verir ki, nazirliyin internet saytında yer alan açıqlamada ABŞ-nin Cənubi Koreyaya yönəlmiş təxminən 292 milyon dollarlıq raket satışını təsdiqlədiyi qeyd olunub.

Cənubi Koreyanın 70 ədəd AMRAAM raketi və 2 ədəd "AIM-120C-8" AMRAAM idarəetmə bloku almaq üçün müraciət etdiyi bildirilən bəyanatda sözügedən satışın Cənubi Koreyanın müdafiə potensialını gücləndirəcəyi vurğulanıb.

ABŞ Dövlət Departamentinin təsdiqlədiyi bu satışın qüvvəyə minməsi üçün Konqresin də razılığı tələb olunur.

Konqresə göndərilən silah satışı sənədlərinə 15 günlük etiraz müddəti tanınır və bu müddət ərzində Konqresdən hər hansı bir etiraz gəlməzsə, silah satışı rəsmən reallaşmış sayılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu