Filippində baş verən 7,8 ballıq zəlzələdə ölənlərin sayı 45-ə yüksəlib
Filippinin cənubundakı Mindanao bölgəsində 8 iyunda baş verən 7,8 gücündəki zəlzələdə can itkisinin 45-ə yüksəldiyi bildirilib.
AFN.az xəbər verir ki, Filippin Xəbər Agentliyinin (PNA) yaydığı məlumata görə, Mülki Müdafiə Bürosu (OCD) zəlzələ nəticəsində yaşanan itkilərlə bağlı bəyanat yayıb.
Açıqlamada 45 nəfərin yeraltı təkanlar səbəbindən həyatını itirdiyi, 630 nəfərin yaralandığı və 17 nəfərin isə itkin düşdüyü qeyd edilib.
Milli Fəlakət Riskinin Azaldılması və İdarə Edilməsi Şurasından (NDRRMC) verilən bəyanatda isə zəlzələ zamanı 2994 evin zərər gördüyü diqqətə çatdırılıb.
Digər tərəfdən, Filippin Ordusu təbii fəlakətdən zərər çəkmiş bölgələrdə axtarış-xilasetmə qruplarının fəaliyyətə başladığını bəyan edib.
ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) məlumatına görə, 8 iyunda Saranqani vilayətinin Soksksarqen bölgəsindəki Kablalan qəsəbəsindən 26 kilometr cənub-qərbdə 7,8 gücündə təkan qeydə alınmışdı.
USGS zəlzələnin 55,2 kilometr dərinlikdə baş verdiyini açıqlamışdı.
Qeyd edək ki, "Sakit okean alov halqası" adlandırılan seysmik və vulkanik qurşaqda yerləşən Filippində irimiqyaslı zəlzələlər tez-tez baş verir.


