İranda beynəlxalq uçuşlar yenidən başlayıb



Tehranın Beynəlxalq İmam Xomeyni Hava Limanında reyslərin yenidən başladığı bildirilib.

AFN.az xəbər verir ki, İran mətbuatı Tehran Beynəlxalq İmam Xomeyni Hava Limanının İstismar idarəsinin rəis müavini Cavad Artimaninin bununla bağlı açıqlamasını yayıb.

Artimani İran hava məkanının yenidən açılması və uçuş məhdudiyyətlərinin aradan qaldırılması ilə Səudiyyə Ərəbistanından iranlı zəvvarları daşıyan ilk təyyarələrin hava limanına eniş etdiyini qeyd edib.

Xarici aviaşirkətlərin də yenidən uçuşlara başladığını söyləyən Artimani növbəti həftələrdə reyslərin sayında artım olacağını bildirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu