OpenAI səhm satışına müraciəti edib



"ChatGPT"nin tərtibatçısı "OpenAI" texnologiya dünyasındakı süni intellekt yarışında mövqeyini gücləndirmək məqsədilə bazar rəqabətinə qoşulmaq üçün səhmlərin açıq satışı üçün ilk rəsmi addımı gizlicə atdığını bəyan edib.

AFN.az xəbər verir ki, süni intellekt sektorunun qabaqcıl siması olan "OpenAI" birjaya daxil olmaq yolunda mühüm addım atıb.

Şirkət ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) səhm satışı üçün gizli "S-1" sənədi təqdim etdiyini rəsmi internet saytı vasitəsilə açıqlayıb.

Edilən açıqlamada bu müraciətin sızdırılma ehtimalına qarşı vəziyyətin şəffaf şəkildə ictimaiyyətlə bölüşüldüyü qeyd olunub.

Şirkət rəhbərliyi səhm satışı vaxtı ilə bağlı hələlik dəqiq qərar vermədiklərini, özəl şirkət olaraq qalmağın gətirdiyi bəzi üstünlükləri bir müddət də dəyərləndirmək istədiklərini, lakin bu müraciətin onlara ən doğru zamanda sürətlə birjaya açılmaq çevikliyi qazandıracağını vurğulayıb.

Hazırkı bazar dəyəri 852 milyard dollar olaraq hesablanan "OpenAI" səhm satışı yolu ilə əldə edəcəyik nəhəng nağd pul axınını texnologiya dünyasında getdikcə qızışan süni intellekt yarışında liderliyini qorumaq üçün istifadə etməyi planlaşdırır.

Şirkətin bu addımı sektordakı digər nəhənglərin bənzər gedişlərinin dərhal ardınca gəlib.

İlon Maskın "xAI" şirkətini də bünyəsində birləşdirən "SpaceX" süni intellektin hesablama gücünü artırmaq planlarını ehtiva edən tarixi bir səhm satışı müraciəti etmişdi və onun səhmlərinin cümə günü ticarətə açılması gözlənilir.

Bundan əlavə, "Claude" adlı süni intellektin arxasında duran "Anthropic" firması da ötən həftə öz səhm satışı prosesini başlatdığını elan etmişdi.

Açıqlanan gizli müraciət üsulu "OpenAI"a maliyyə və əməliyyat məlumatlarını ehtiva edən rəsmi sənədləri ictimaiyyətə açmazdan əvvəl tənzimləyici qurumlardan özəl rəylər almaq şansı tanıyır.

Proses irəlilədikcə fəaliyyətə daxil olacaq yekun "S-1" sənədi süni intellekt nəhənginin maliyyə vəziyyəti, gəlirləri və gələcəyə yönəlmiş investisiya planları haqqında ilk dəfə bu qədər ətraflı və aydın məlumatları ortaya qoyacaq.

"OpenAI"ın bu strateji gedişi şirkətin təsisçilərindən olan, lakin daha sonra yollarını ayıran İlon Mask ilə yaşanan hüquqi böhranın həll olunmasının dərhal ardınca reallaşıb.

Maskın şirkətin kommersiya strukturuna çevrilməsinin qarşısını almaq məqsədilə açdığı və "OpenAI"ın səhm satışı planlarını tamamilə alt-üst edə biləcək xarakterdəki iddiası ötən həftələrdə məhkəmə hakimi tərəfindən rədd edilmişdi.

Hüquqi maneələrin aradan qalxması ilə "OpenAI" birjaya açılma prosesindəki ən böyük problemlərdən birini geridə qoymuş olub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu