İsrail İranın neft-kimya zavodunu vurub



İsrailin İranın cənub-qərbindəki Xuzistan əyalətinin Mahşəhr şəhərində yerləşən neft-kimya zavoduna zərbələr endirdiyi bildirilib.

AFN.az xəbər verir ki, "Mehr" xəbər agentliyinin məlumatına görə, Xuzistan valisinin müavini Vəliyullah Həyati sözügedən hücumla bağlı açıqlama verib.

Həyati bildirib ki, qısa müddət əvvəl Mahşəhrdəki "Karun" Neft-Kimya Şirkəti hava hücumuna məruz qalıb və atılan sursatların dəyməsi nəticəsində bu sənaye müəssisəsinin bəzi hissələrinə ziyan dəyib.

Hücum zamanı ilkin məlumatlara görə can itkisinin və ya yaralanma faktının qeydə alınmadığını qeyd edən Həyati, zərərin miqyası və mümkün itkilər barədə ətraflı məlumatın daha sonra ictimaiyyətə açıqlanacağını diqqətə çatdırıb.

İsrail ordusundan verilən bəyanatda isə Mahşəhrdəki neft-kimya zavodunda yerləşən bir neçə hədəfin vurulduğu ifadə edilib.

Digər tərəfdən, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin İrana hücumlarına cavab olaraq "Nəsr Əməliyyatı"na başladıqlarını və bu çərçivədə Nevatim və Tel Nof hərbi hava bazalarını hədəf aldıqlarını elan edib.

İnqilab Keşikçilərinin bəyanatında həmçinin İsraildə hədəf alınacaq stratejik nöqtələrin müəyyənləşdirildiyi və hədəf siyahısının genişləndirildiyi vurğulanıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu