Yəməndəki husilər İrana qarşı hücumlardan sonra İsrailə ballistik raket atıb
Yəməndəki husilər (Ənsarullah Hərəkatı) İrana qarşı həyata keçirilən hücumlardan sonra İsrailə doğru ballistik raket atıblar.
AFN.az xəbər verir ki, İsrail ordusu ölkənin müxtəlif bölgələrində sirenaların işə düşdüyünü və raketin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini bəyan edib.
İsrail ordusunun "X" hesabından verilən açıqlamada Yəməndən raket atıldığının müəyyən edildiyi bildirilib.
Açıqlamada sözügedən raket səbəbindən İsrailin mərkəzi hissəsindəki geniş ərazilərdə həyəcan siqnalı verildiyi qeyd olunub.
Ordudan verilən digər bir rəsmi açıqlamada isə Yəməndən atılan raketin hava hücumundan müdafiə sistemləri tərəfindən uğurla vurulduğu diqqətə çatdırılıb.
İsrail mediasında yer alan xəbərlərdə isə raketin təyin olunmasından sonra Təl-Əviv başda olmaqla ölkənin mərkəzi və cənub bölgələrində, həmçinin Fələstinin yaşayış məntəqələrində sirenaların səsləndiyi vurğulanıb.
Bu hücumun ABŞ ilə Yəməndəki husilər (Ənsarullah Hərəkatı) arasında 8 aprel tarixində əldə olunmuş atəşkəsdən sonra husilərin İsrailə qarşı reallaşdırdığı ilk raket hücumu olduğu qeyd edilir.
