NATO Rusiya ilə sərhəd ölkələrdə irimiqyaslı hərbi təlimlərə başlayır


NATO iyunun 8-dən etibarən Rusiya ilə həmsərhəd dövlətlər də daxil olmaqla, bir neçə Avropa ölkəsində "Ramstein Flag 2026" (RAFL 26) irimiqyaslı taktiki hərbi-hava təlimlərinə start verib.

AFN.az xəbər verir ki, bu barədə alyansın rəsmi saytında məlumat yerləşdirilib.

İyunun 19-dək davam edəcək təlimlərin əsas poliqonları qismində Danimarka, İspaniya, İsveç, həmçinin Rusiya Federasiyası ilə birbaşa sərhədə malik olan Norveç və Finlandiya müəyyən edilib. Təlimlərin keçirilməsində əsas məqsəd alyansın kollektiv hərbi hazırlığının təkmilləşdirilməsi və hava hücumundan müdafiə imkanlarının gücləndirilməsidir.

Məlumata görə, manevrlərdə NATO-ya üzv olan 18-dən çox ölkə iştirak edir. Təlimlərə ümumilikdə 150-dən 200-dək aviasiya texnikası cəlb olunub və hərbi təyyarələrin gün ərzində təxminən 150 uçuş həyata keçirəcəyi planlaşdırılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu