Yupiter bu yay Venera və Merkuri ilə qovuşacaq
Bu yay fəslində kosmos həvəskarları iki parlaq astronomik hadisəni — Yupiterin Venera və Merkuri ilə yaxınlaşmasını (qovuşmasını) müşahidə edə biləcəklər.
AFN.az xəbər verir ki, bu barədə Novosibirsk Dövlət Universitetinin "Veqa" rəsədxanasının mühəndisi Mixail Maslov məlumat verib.
Yupiter və Veneranın görüşü
İlk və ən effektli qovuşma 9-dan 10 iyun tarixinə keçən gecə baş verəcək. Bu zaman planetlər arasındakı bucaq məsafəsi 1,6 dərəcəyə qədər azalacaq. Hər iki obyekt səmada çox parlaq göründüyündən, bu yaxınlaşmanı adi gözlə də aydın seçmək mümkün olacaq. Hadisəni qovuşma tarihindən bir neçə həftə əvvəl və sonra, axşamlar səmanın qərb hissəsində izləmək mümkündür.
Yupiter və Merkuri
İkinci qovuşma 15 avqust gecəsi gözlənilir. Günəş şüaları fonunda çətin görünən Merkuri bu dəfə Günəşdən kifayət qədər təhlükəsiz məsafədə olacaq. Bu səbəbdən avqust yaxınlaşması zamanı Merkurini sübh tezdən, səmanın şərq hissəsində vizual olaraq tapmaq tam real olacaq.
Ekspertlər bildirir ki, səmada şəhər işıqlarının az olduğu açıq məkanlarda bu prosesi rəsədxana avadanlığı olmadan da izləmək olar, lakin durbindən istifadə təəssüratı daha da artıra bilər.

