Andres İniesta "Gulf United"ın yeni baş məşqçisi oldu
Futbol dünyasının əfsanəvi isimləri arasında göstərilən keçmiş ispaniyalı futbolçu Andres İniesta Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) təmsilçisi "Gulf United" klubunun yeni baş məşqçisi təyin edilib.
AFN.az xəbər verir ki, İspaniya futbolunun əfsanəsi Andres İniesta baş məşqçilik karyerasına addım atır.
42 yaşlı mütəxəssis BƏƏ-nin "Gulf United" komandasının sükanı arxasına keçib.
Xatırladaq ki, İniesta karyerasının son mövsümündə (2023-2024) BƏƏ-nin digər təmsilçisi "Emirates Club"da forma geyinmişdi.
Andres İniesta eyni zamanda yetirməsi olduğu İspaniya La Liqa 2-də mübarizə aparan "Albacete" klubunun da səhmdarlarından biridir.




