Tufan Qəbələdə “A-frame” evi dağıtdı - VİDEO
Qəbələdə son günlər müşahidə olunan güclü külək, leysan yağışlar və dolu rayonda turizm məqsədilə inşa edilən “A-frame” tipli evlərə ciddi ziyan vurub.
Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Kadrlarda tikilinin dam örtüklərinin qopduğu, konstruksiyaların deformasiyaya uğradığı, evin yararsız vəziyyətə düşdüyü görünür.




