Bu imtahanda 300 bal yığan olmadı
Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 17 may 2026-cı il tarixində keçirilən imtahanların nəticələri elan olunub.
Bu imtahanda ən yüksək nəticə olan 300 balı heç kəs toplamayıb.
AFN.az-ın məlumatına görə, imtahanda ən yüksək nəticəni 290,1 bal toplayan Bakı şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin cari il məzunu Əlizadə Gülay Elsevər qızı göstərib.



